Gözləyin...

Xalq Bankdan yenilənmiş şərtlərlə sərfəli istehlak krediti!

Bank məhsulları 4 July 2023

Xalq Bank istehlak krediti kampaniyasının şərtlərini yeniləyərək daha əlçatan etdi. Artıq stabil iş yeri olan şəxslər istehlak kreditini kredit müddətindən asılı olmayaraq illik cəmi 12%-lə əldə edə bilərlər. Bundan əlavə, maksimal kredit məbləği də artırılaraq zaminliklə 35 000 manat, təminatsız 20 000 manat olaraq müəyyənləşdi.

Kampaniya şərtlərinə əsasən müştərilər istehlak kreditini 48 ay müddətinə əldə edərək sərfəli aylıq ödənişlə rahatlıqla ödəyə bilərlər. Müraciətçi sonuncu iş yerində 12 aylıq iş stajına malik olmalıdır.

31 dekabr 2023-cü il tarixədək qüvvədə olan kampaniyadan yararlanmaq istəyənlər Xalq Bankın istənilən filialına, cari Xalq Bank müştəriləri isə həm də XalqOnline tətbiqi üzərindən müraciət edə bilərlər.

Bank xidmət və məhsulları, eləcə də kampaniyalar və yenilikləri haqqında ətraflı məlumatı Xalq Bankın rəsmi Facebook və Instagram səhifələrindən, eləcə də www.xalqbank.az saytından və 138 Məlumat mərkəzindən əldə edə bilərsiniz.