Gözləyin...

“Xalq Bank”ın şirkətinə yeni rəhbər təyin edilib

Bank xəbərləri 10 January 2023

“Xalq Bank” ASC-nin iki il öncə təsis etdiyi əmlak şirkətinin rəhbəri dəyişib.

Banker.az-a daxil olan məlumata görə, Yusif Xəmmədov “Xalq Əmlak” MMC-nin baş icraçı direktoru təyin edilib.

O bu vəzifədə Süleyman Bağırovu əvəz edib.

Yusif Xəmmədov hazırda ana şirkət sayılan “Xalq Bank”ın Problemli kreditlərlə iş idarəsinin rəisidir.

Xatırladaq ki, “Xalq Əmlak” bankın əmlakın idarə edilməsini həyata keçirən şirkətdir. Onun nizamnamə kapitalı hazırda 40 milyon manatdır.

Müzakirə qrupuna keçil al