Gözləyin...

Yanacaqdoldurma məntəqələrində ən çox “kəşbək” verən bank kartları

Məqalələr 20 February 2024

Yanacaqdoldurma məntəqələrində  kəşbək xüsusi əhəmiyyət kəsb edir və gündəlik xərclərinizə qənaət etmək imkanı yaradır.

Banker.az Azərbaycan banklarının yanacaq “kəşbək”lərini təqdim edir.

ABB- «TamKart» debet kartı sahiblərinə digər sahələrlə yanaşı, yanacaqdoldurma məntəqələrində də kəşbək almağa imkan verir. Belə ki, “Faydalı kəşbək”də “Ailə başçısı” kateqoriyasını seçdikdə yanacaq üçün kəşbək 3% təşkil edir və bu bütün YDM üçün keçərlidir. Faydalı kəşbək üçün aylıq maksimal limit 100 AZN-dir. Topladığınız Faydalı kəşbəklər anında ABB mobile-da keşbek balansınıza köçürüləcək. 1 əməliyyatdan maksimum qazanıla biləcək kəşbək məbləği 30 AZN-dir.

Azər Türk Bank -  « atb debet kart » yanacağa görə 1% kəşbək verir. Ay ərzində alınan yanacağa görə kəşbək limiti yoxdur. Ay ərzində qazanılan maksimum kəşbək məbləği isə 200 AZN təşkil edir. 

Bank of Baku - « Bolkart » dövriyyə tələbi olmadan  hər yerdə  3% kəşbək əldə edə bilərsiniz. “Dostbank” mobil tətbiqi vasitəsi ilə aparılan əməliyyatlar üzrə kəşbək hesablanmır. Ay ərzində hər bir müştəri maksimum 100 AZN kəşbək qazana bilər. 0.01 AZN-dən az olan keşbek məbləğləri nəzərə alınmır. Kəşbək dərhal balansa oturur. Kateqoriya üzrə limit yoxdur.

Bank Respublika -  «NeoKart»  ilə alış-veriş zamanı  YDM-lərdə 2% kəşbək hesablanır. Kəşbək üzrə aylıq maksimal məbləğ 300 AZN təşkil edir və bu yalnız kəşbək komponentinə aiddir. Kəşbək balansı ötən ayın əməliyyatları üzrə formalaşır. Toplanmış bonusları hər növbəti ayın 5-dən sonra həmin ayın sonunadək kəşbək məbləğinə dəyişmək mümkündür. Qalıq bonusu isə silinmir və 2 il müddətində digər komponentlərə (Mil/Dəqiqə/Mobil internet) dəyişə bilərsiniz. Kateqoriya üzrə limit yoxdur. 

Paşa Bank«akart» kateqoriya seçimi, minimal dövriyyə tələbi olmadan bütün YDM-lərdə 2% keşbek hesablanır. Kəşbək üzrə aylıq maksimal məbləğ 100 AZN təşkil edir. Hər kateqoriyada qazanılacaq maksimum aylıq kəşbək 25 AZN təşkil edir. 

Rabitəbank - «Kartmane»  kartı yanacaqdoldurma məntəqələrində xərcləmələr üçün 5% kəşbək hesablayır.  Qeyd edək ki, 5%  YDM kəşbəki yalnız Apple Pay və Google Pay vasitəsilə ödənişlər zamanı hesablanır. Kart vasitəsilə ödənişlər zamanı isə 0.5% kəşbək hesablanır. Kateqoriya üzrə maksimal qazana biləcəyiniz keşbek məbləği – 30 AZN, maksimal aylıq keşbek məbləği 200 AZN  təyin edilir.

XalqBank -«XalqKart Petrol»  bankın partnyor olmayan Ticarət-xidmət müəssisələrində XalqKart Petroldan istifadə etməklə aparılan hər nağdsız əməliyyat məbləğin 3%-i miqdarında, lakin hər bir halda eyni növ MCC kod altında aparılmış nağdsız əməliyyatlar üzrə aylıq maksimum 30 Oil-bonus qazandırır.  Bu məhsul üzrə toplanan bonuslar ölkə üzrə mövcud bütün AZPETROL yanacaqdoldurma məntəqələrində istifadə oluna bilər. Toplanmış 1 OİL bonusu 1 AZN ekvivalentinə bərabərdir. Bonusların pula çevrilməsi mümkün deyil. Toplanmış bonuslar kartın istifadə müddətinin bitmə tarixinədək istifadə oluna bilər. OİL bonusların minimal aylıq sayı: 5 OİL , OİL bonusların maksimal aylıq sayı: 300 OİL

Yelobank-  «Yelo Light» kartları da yanacaq üçün 4% kəşbək qazandırır. Onu da qeyd edək ki, Yelo Light kartları ilə YDM kateqoriyası üzrə aylıq maksimum 10 AZN, 10 AZN cashback hesablandıqdan sonra YDM ödənişlərinə 0.5% kəşbek hesablanır.

Bankların iş saatları 27 March 2024