Gözləyin...

Yanacaqdoldurma məntəqələrində ən çox qazandıran 9 kart

Məqalələr 13 September 2023

ABB – Tamkart         

Kart pulsuzdur.

Minimum 1% bütün ödənişlər üçündür. Bundan  başqa  ABB mobile-da Faydalı keşbek paketlərindən birini seçərək, paketdaxili kateqoriyalardan yüksək keşbek qazanacaqsınız. ABB mobile-da Faydalı keşbek paketi seçimi etidiyiniz zaman TamKartla bütün ödənişlərə minimum 1% keşbek hesablanması dayandırılacaq. Faydalı keşbek paket seçimi etmədiyiniz təqdirdə, ödənişlərinizdən 1% keşbek qazanmağa davam edə bilərsiniz;  Faydalı keşbek üçün aylıq limit 100 AZN-dir. Topladığınız Faydalı keşbek-lər anında ABB mobile-da keşbek balansınıza köçürüləcək.

Hal -hazırda Faydalı kəşbek paketində “Ailə başçısı” kateqoriyasında YDM-lər üzrə kəşbek faizi 5% -dir. Həmçinin, toplanan  vəsaiti nağdlaşdırmaq mümkündür, bunun üçün keşbek balansı minimum 10 AZN  olmalıdır.

 

Paşa Bank – Akart 

Pulsuzdur.

Yanacaqdoldurma məntəqələrində dövriyyə tələbi olmadan 5% kəşbək əldə edə bilərsiniz. Ay ərzində 100 AZN-dək keşbek qazana bilərsiniz.Gün ərzində hər bir kateqoriyada 5 əməliyyat üzrə keşbek qazanmaq olar. Hər kateqoriya üzrə maksimum keşbek məbləği birdəfəlik ödənişlər üçün 10 AZN, aylıq isə 25 AZN təşkil edir.Minimal dövriyyə tələbi yoxdur.Hazırda xidmət yalnız "Azercell" abunəçiləri üçün nəzərdə tutulub. Keşbek məbləği  dərhal hesaba köçürülür,toplanan  vəsaiti nağdlaşdırmaq mümkündür.

Azər Türk Bank – ATB Card

Pulsuzdur.

Yanacaqdoldurma məntəqələrində 1% kəşbek əldə edə bilərsiniz. Ay ərzində qazanılan maksimal kəşbek məbləği 200 AZN-dir. Vəsait növbəti ayın 1-5 tarixləri arası karta mədaxil olunur. Həmin vəsaiti nağdlaşdıra bilərsiniz.

 

Yelobank – Yelo Light 

Yelo Light  1 illik - 10 AZN, 3 illik -15 AZN və ya 300 AZN ilkin mədaxillə pulsuzdur.

Yanacaqdoldurma məntəqələrində  4% kəşbek əldə edə bilərsiniz, seçilmiş iki kateqoriya üzrə aylıq limit 100 AZN -dir. YDM kateqoriyası üzrə aylıq limit 10 AZN-dir. Limiti keçdikdən sonra standart keşbek 0.5% hesablanır.Həmçinin, mobil tətbiqdə “Cashback” bölməsinə daxil olaraq “Köçür” hissəsinə toxunaraq keşbek məbləğini karta köçürə bilərsiniz.

 

Kapital Bank – Birbank Cashback

Pulsuzdur.

Yanacaqdoldurma məntəqələrində 1.5% keşbek qazanacaqsınız. Birbank Cashback kart ilə Birbank tətbiqində “Əlavə keşbek” kateqoriyaları aktiv olduğu zaman kateqoriya seçimi edərək daha çox keşbek qazana bilərsiniz. Seçdiyiniz kateqoriyadan kənar sahələrdəki ödənişlərinizdən minimum 1.5% keşbek qazanmağa davam edəcəksiniz. “Əlavə keşbek” kateqoriyaları üçün aylıq limit 50 AZN-dir. Kateqoriya üzrə limitə çatdıqdan sonra ödənişlərinizə kartın standart tarifinə uyğun keşbek hesablanacaq. Toplanan məbləğ 5 iş günü ərzində karta yüklənir.

 

Bank Respublika –Neokart 

Kartın qiyməti 20 AZN-dir.

Yanacaqdoldurma məntəqələrində 2% keşbek əldə edə bilərsiniz. Cashback üzrə aylıq maksimal məbləğ 300 AZN təşkil edir və bu yalnız cashback komponentinə aiddir. Toplanan bonusları hər növbəti ayın 5-dən  həmin ayın sonunadək keşbek məbləğinə dəyişmək mümkündür.

 

Bank of Baku – Bolkart

Kart pulsuzdur.

Yanacaqdoldurma məntəqələrində dövriyyə tələbi olmadan 3% kəşbək əldə edə bilərsiniz. . Ay ərzində hər bir müştəri maksimum 100 AZN keşbek qazana bilər. 0.01 AZN-dən az olan keşbek məbləğləri nəzərə alınmır.

 

Rabitə Bank – Kartmane 

Kartın qiyməti 10 AZN-dir.

Yanacaqdoldurma məntəqələrində  kart vasitəsilə ödəniş zamanı 1%, Apple Pay və Google Pay vasitəsi ilə ödəniş zamanı 10% keşbek  verilir. YDM kateqoriyası üzrə  qazanıla bilən  kəşbek məbləği aylıq 30 AZN  təşkil edir. Keşbek növbəti ayın 3 iş günündən sonra “Ümumi bonus sayısı” bölümünə yüklənir. Toplanan balları 2 ox işarəsi ilə hesabınıza yükləyərək istənilən istiqamətdə istifadə edə bilərsiniz.

Ölkədaxili və ölkəxarici əməliyyatlar, AZN kartlar, maksimal aylıq cashback məbləğ 200 AZN  təyin edilir.

 

XalqBank – Xalq Petrol

Kartın  qiyməti 15 AZN,  300 AZN ilkin mədaxillə pulsuzdur.

 Hər yerdə ödənişlərdən 3% OİL (kəşbek) əldə edə bilərsiniz.Toplanan bonuslar ölkə üzrə mövcud bütün Azpetrol yanacaqdoldurma məntəqələrində istifadə oluna bilər. Toplanmış 1 OİL bonusu 1 AZN ekvivalentinə bərabərdir. Bonusların pula çevrilməsi mümkün deyil. Toplanmış bonuslar kartın istifadə müddətinin bitmə tarixinədək istifadə oluna bilər. OİL bonusların minimal aylıq sayı: 5 OİL,  maksimal aylıq sayı: 300 OİL. Petrol kartlarında iki fərqli balans olur - kartın balansı və oil-bonus balansı. Hər ödənişlərdən qazanılan oil-bonus məbləğı bonus balansınıza köçürülür və Azpetrol YDM bonus balansından istifadə edə bilərsiniz. XalqKart Cashback kartlarında isə Sizdə ödənişlərdən kəşbək balansınıza vəsait şəklində yatırılır.