Gözləyin...

“Ziraat Bank Azərbaycan” həm dollarda, həm manatda müddətli əmanətin faizlərini artırıb

Bank məhsulları 2 December 2022

Ziraat Bank Azərbaycan həm dollarda, həm manatda olan müddətli əmanətin – “Standart” əmanətinin faizlərini yüksəldib.

Banker.az bu barədə banka istinadən xəbər verir.

Belə ki, dollarda 12 aylıq müddətli “Standart” əmanətində həm aylıq, həm müddətin sonunda ödəniş faizləri 2 dəfədən çox artıb. Ziraat Bank 12 aylıq müddətli əmanətin aylıq əsasda ödənişinin faizini 0.8%-dən 1.75%-ə, müddətin sonunda ödəniş faizini isə 1.1%-dən 2.25%-ə yüksəldib.

“Standart” əmanətdə 12 aylıq manat əmanətinin faizləri isə aylıq əsasda 5.5%-dən 6.5%-ə, müddətin sonunda 6.5%-dən 7%-ə yüksəldilib.